Ukrayna tərəfi Duqinin qızının öldürülməsi ilə bağlı AÇIQLAMA YAYDI



 20:15 22.08.2022     1135

Ukrayna rusiyalı ideoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinin öldürülməsi ilə bağlı açıqlama verib. 

Demedia.az xəbər verir ki, Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak bildirib ki, Kiyevin Daria Duqinin öldürülməsi ilə bağlı əlaqəsi yoxdur:

“Ukraynanın qəti şəkildə heç bir əlaqəsi yoxdur. Biz Rusiya kimi dövlət deyilik. Biz terrorçu dövlət deyilik” - Podolyak deyib.

Qeyd edək ki, Aleksandr Duqinin qızı Daria Duqinin olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.

Bildirilir ki, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.

Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.