İran PUA-ları Küveyti bombaladı: ŞOK HÜCUM



 21:58 22.08.2022     387

İrana məxsus pilotsuz təyyarələr ABŞ Hərbi Hava Qüvvələrinin Küveytdəki bazasına zərbələr endirib.

Demedia.az xəbər verir ki, bu barədə Röyters agentliyi məlumat yayıb. Məlumata görə, hücum zamanı azı 4 pilotsuz təyyarədən istifadə edilib. Mərmilər hədəfə tuş gəlib. Hərbi bazada dağıntılar baş verib. Tələfat barədə məlumat yoxdur. Hücuma görə məsuliyyəti “Taşkil əl-Varsin” qruplaşması öz üzərinə götürüb.

Bildirilib ki, hücum Qüds Korpusunun keçmiş komandanı general Qasım Süleymaninin qətlinə cavab olaraq, qisas məqsədilə təşkil edilib.