Rusiya kəşfiyyatı Duqinin qızının qatillərini açıqladı - Hücumu bu ölkə təşkil edib
Rusiyalı ideoloq, Prezident Vladimir Putinin məsləhətçisi Aleksandr Duqinin qızı Daria Duqinanın öldürülməsini Ukraynanın xüsusi xidməti təşkil edib.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb. Bildirilib ki, Daria Duqinə qarşı hücum planlı şəkildə təşkil edilib:
“Rusiyalı jurnalist Daria Duqinaya qarşı sui-qəsd Ukrayna kəşfiyyatı tərəfindən hazırlanıb. Hadisənin 1979-cu ildə anadan olan Ukrayna vətəndaşı Natalya Vovk tərəfindən həyata keçirildiyi müəyyən edilib. Vovk Duqinanın iştirak etdiyi festivala gedib. Hadisədən sonra Vovk Estoniyaya qaçıb”.
Qeyd edək ki, Aleksandr Duqinin qızı Daria Duqinin olduğu avtomobil əldəqayırma partlayıcı qurğunun işə salınması nəticəsində partlayıb.
Bildirilir ki, Aleksandr Duqin qızı ilə getməyi planlaşdırsa da, son anda başqa maşına əyləşib.
Duqinlər fəxri qonaq kimi dəvət olunduğu Zaxarova malikanəsində keçirilən "Ənənə" ailə festivalından qayıdırmışlar.