Ərdoğanla Əsəd Özbəkistanda görüşəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Suriya Prezidenti Bəşər Əsəd Şanxay Əməkdaşlıq Təşkilatının sentyabr ayında Səmərqənddə keçiriləcək sammitində görüşə bilərlər.
Demedia.az xəbər verir ki, bu barədə İranın “Tasnim” agentliyi məlumat yayıb.
“Rusiya prezidenti Ərdoğanı Şanxay Əməkdaşlıq Təşkilatının Özbəkistanda keçiriləcək sammitinə dəvət edib. Putin həmçinin Əsədən də bu görüşdə iştirak etməsini istəyib”, - agentlik bildirib.
Agentlik bundan başqa Türkiyənin Ana Vətən Partiyasının baş katibi Doğu Perinçəkin də Suriyaya səfər edəcəyini və Prezident Bəşər Əsədlə görüşəcəyini bildirib.