ABŞ Ukraynadakı vətəndaşlarına xəbərdarlıq etdi



 13:20 23.08.2022     466

ABŞ-ın Ukraynadakı səfirliyi öz vətəndaşlarını raket zərbələri təhlükəsi fonunda Ukraynanı tərk etməyə çağırıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Departamentinin saytında məlumat verilib.

“Dövlət Departamentində Rusiyanın yaxın günlərdə Ukraynanın mülki infrastrukturuna və dövlət obyektlərinə zərbələr endirmək üçün səyləri gücləndirdiyi barədə məlumat var. Əgər təhlükəsiz olarsa, şəxsi yerüstü nəqliyyatdan istifadə edə bilərsiniz. Ukraynada təhlükəsizlik vəziyyəti çox dəyişkəndir və vəziyyət daha da pisləşə bilər. ABŞ vətəndaşları sayıq olmalıdırlar. Ən yaxın bomba sığınacaqlarının yerini əvvəlcədən öyrənin”, - bəyanatında deyilib.