Zelenski: "Donbası və Krımı azad edəcəyik"
"Donbas Ukraynadır, Krım Ukraynadır".
Demedia.az "RBK Ukraina"ya istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın milli bayramı – Müstəqillik Günü ilə bağlı xalqa müraciətində deyib.
O, müharibənin Ukraynanın qələbəsi ilə bitəcəyini xatırladaraq deyib: "Biz hansı yolla olursa - olsun, Donbas və Krımı azad edəcəyik. Bizim üçün heç bir güzəşt yoxdur. Bizim üçün ölkəmiz bütöv Ukraynadır".
Zelenski çıxışında həmçinin Rusiyaya xəbərdarlıq edib. O bildirib ki, Rusiya əsgərlərinin ölməsini istəmirsə, qoşunlarını Ukrayna torpaqlarından çıxarmalıdır.
Xatırladaq ki, bu gün Ukraynanın milli bayramı – Müstəqillik Günüdür.