"Britaniyanın baş naziri olsam nüvə düyməsini basmağa hazıram” - Liz Trass
Böyük Britaniyanın baş nazir postuna namizəd və xarici işlər naziri Liz Trass nüvə silahından istifadə edilə biləcəyini söyləyib.
Demedia.az "Sputnik Belarus"a istinadən xəbər verir ki, nazir, lazım gələrsə, nüvə silahını işə salmaq üçün düyməni basmağa hazır olacağını qeyd edib.
“Düşünürəm ki, bu, baş nazirin vacib vəzifəsidir. Mən bunu etməyə hazıram”, - deyə o, Birmingemdə seçki debatı zamanı bildirib. Debat “Times Radio”nun “YouTube” kanalında yayımlanıb.
İyulun əvvəlində Britaniya Xarici İşlər Nazirliyinin rəhbəri baş nazir seçiləcəyi təqdirdə Putinlə görüşməyə və G20 sammitində “onu söhbətə çağırmağa” hazır olduğunu bildirmişdi.