Paşinyan qərar verdi - Ermənistan ehtiyatda olan hərbçiləri toplayır



 21:48 24.08.2022     446

Sentyabrın 15-dən dekabrın 15-dək Ermənistanda ehtiyatda olan hərbçilərin növbəti toplanışı barədə məlumat verilib.

Demedia.az xəbər verir ki, müvafiq qərar Ermənistan hökumətinin iclasında qəbul edilib.

İclasda toplanışın məqsədləri, tərkibi, çağırışçıların ümumi sayı və ixtisasları müəyyən edilib.

Toplanışa ehtiyatda olan 318 sıravi hərbçi, o cümlədən 98 zabit cəlb olunacaq. 

Ermənistan hökumətinin iclası Baş nazir Nikol Paşinyanın sədrliyi ilə keçirilib.