Baş nazirin iqamətgahında eşq macərası – İki qadın soyunub…
Finlandiya Baş naziri Sanna Marin hökumət başçısının rəsmi iqamətgahında iki rəfiqəsi ilə çəkilmiş fotosuna görə üzr istəyib.
Demedia.az xəbər verir ki, Marin sosial şəbəkələrdə yayılan rəfiqələrinin baş nazirin rəsmi iqamətgahında üst paltarlarını çıxarıb öpüşərkən çəkilmiş fotosunun o qədər də xoş olmadığını deyib.
Onun sözlərinə görə, bu görüntülər iyulda musiqi festivalından sonra iqamətgahda keçirdiyi ziyafətdə dostları tərəfindən çəkilib.
Finlandiya mediası fotonun qonaqların istifadə etdiyi ayaqyolunda çəkildiyini yazıb.
Bundan əvvəl isə Finlandiya baş nazirinin özünün bir qadın və kişiylə rəqs edərkən səmimi görüntülərinin əks olunduğu video yayılıb. Marin ölkəsində müzakirələrə səbəb olan bu olaya görə də üzr istəyib.