Zelenski istefa verir: "Müharibəni dayandırıb gedirəm" - Ukraynanı çalxalayan xəbər
Ukrayna Prezidenti Vladimir Zelenski istefa verməyə hazırdır.
Demedia.az xəbər verir ki, bu barədə “Washington Post” məlumat yayıb. İddialara görə, Zelenski bildirib ki, onun istefası müharibəni dayandırarsa o, fevral ayında postunu tərk etməyə hazırdır. Məlumata görə, Zelenski Qərb rəsmiləri ilə söhbəti zamanı deyib ki, onun məqsədi postunda qalıb müharibəni davam etdirmək deyil: “Söhbət mənim getməyimdən gedirsə və bu, qan tökülməsini dayandıracaqsa, getməyin tərəfdarıyam. Siz dediyiniz zaman müharibəni dayandırıb gedəcəyəm” - deyə Zelenski Qərb nümayəndələrinə deyib.