Aralıq dənizində təxribat: Yunanıstan qırıcıları Türkiyə təyyarələrinə müdaxilə etdi



 22:14 24.08.2022     337

Yunanıstan ordusu Aralıq dənizində növbəti dəfə Türkiyə qırıcılarına qarşı təxribat törədib.

Demedia.az xəbər verir ki, Yunanıstana məxsus F-16 təyyarələri NATO missiyası çərçivəsində fəaliyyət həyata keçirən türk qırıcılarına radar müdaxiləsi edib. Türk qırıcılar dərhal qarşı tərəfə cavab verib. Yunanıstan qırıcıları ərazidən uzaqlaşdırılıb. Türkiyənin Müdafiə Nazirliyi məsələ barədə NATO-ya məlumat verib. Ankara Yunanıstanın Türkiyədəki hərbi attaşesinə xəbərdarlıq edib.