Ərdoğan Rusiyanın Ukraynaya hücum edəcəyini hamıdan tez bilirdi: DETALLAR



 16:49 25.08.2022     369

Almaniyanın “RedaktionsNetzwerk Deutschland” nəşri Türkiyənin Rusiya və Ukrayna arasındakı vasitəçiliyi barədə məqalə yayımlayıb.

Demedia.az xəbər verir ki, təhlildə Prezident Rəcəb Tayyib Ərdoğanın Lvova səfərindən bəhs edilib:

“Rəcəb Tayyib Ərdoğan özünün siyasi baxımdan zərər görməsinə imkan vermir. Ərdoğan müharibəni bitirmək üçün Rusiya və Ukrayna arasında vasitəçi olmaq istəyir. Lakin Ərdoğan vasitəçi olmaqla yanaşı Türkiyənin maraqlarını da qoruyur”.

Müəllif qeyd edib ki, Qərbdə çox az sayda insan Rusiyanın Ukraynanı işğal edəcəyinə inanırdı. “Lakin Ərdoğan açıq bir şəkildə yaxınlaşan müharibə təhlükəsini Qərbdəki dairələrdən daha tez gördü”- məqalədə deyilir.

Müəllifin sözlərinə görə, Ərdoğan həm rusiyalı həmkarı Vladimir Putin, həm də ukraynalı həmkarı Vladimir Zelenski ilə yaxşı münasibətləri olan az sayda dünya liderlərindən biridir. Təhlildə bildirilir ki, Türkiyə lideri hər iki tərəflə də yaxşı münasibət saxlamağa çalışır:

“Türkiyə Ukraynaya pilotsuz uçuş aparatları tədarük edir. Lakin eyni zamanda Türkiyə Qərbin Rusiyaya qarşı sanksiyalarına qoşulmayan tək NATO ölkəsidir”.

Müəllifin sözlərinə görə, Ərdoğan Rusiya və Ukrayna liderlərini danışıqlar masasına gətirmək üçün mütəmadi səylər edir. Müəllif hesab edir ki, Ərdoğanın vasitəçiliyi uğurlu alınarsa, o, həm beynəlxq nüfuzunu, həm də ölkəsində keçiriləcək prezident seçkilərində qalib olmaq şansını daha da artıracaq.