Ukrayna elan etdi: "Rusiyanı bombalayacağıq" - Çox şiddətli hücum olacaq
“Ukrayna Rusiya ordusunun Çaplino dəmiryol stansiyasına hücumuna adekvat cavab verəcək”.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç deyib. O bildirib ki, Ukrayna ordusunun cavabı sərt olacaq. Arestoviçin sözlərinə görə, kəşfiyyat məlumatları topladıqdan sonra hücum həyata keçiriləcək. “Raket atılacaq. Şübhələri olmasın. Oturub başlarına nə vaxt raket düşəcəklərini düşünsünlər” - deyə Arestoviç bəyan edib.
Qeyd edək ki, Çaplino dəmiryol stansiyasına hücum nəticəsində 20-dən çox insan həlak olub.