Zelenski Rusiyaya meydan oxudu: Müharibə dayanmayacaq - Döyüşməyə davam...
Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsindəki müharibənin dondurulmasına qarşı çıxıb.
Demedia.az xəbər verir ki, onun sözlərinə görə, hazırda münaqişənin indiki vəziyyətdə dondurulması Ukraynanın əleyhinədir. Zelenski bilidirib ki, münaqişənin dondurulması və torpaqların işğal altında qalması Ukraynanın zəif olduğunu nümayiş etdirəcək.
Qeyd edək ki, mediada Vladimir Zelenskinin istefa verməyə hazır olduğu barədə xəbərlər yayılıb. “Washington Post”un məlumatına görə, Zelenski Qərb rəsmiləri ilə söhbəti zamanı deyib ki, onun istefası müharibəni dayandırarsa o, fevral ayında postunu tərk etməyə hazırdır.