Müharibədə dönüş baş verdi: Artıq üstün olan tərəf Ukrayna ordusudur - General

 17:19 25.08.2022     325

“Ukrayna ordusu müharibədə artıq dönüş yaradıb”.

Demedia.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi, general-mayor Kirill Budanov belə açıqlama verib. Onun sözlərinə görə, ruslar artıq öz güclərini gördülər və onlar anladılar ki, o qədər də güclü deyillər. Kirill Budanov bildirib ki, Ukrayna ordusu rusların müvəqqəti işğal etdiyi ərazilərə tez-tez hava hücumları təşkil edir. Bu hücumların nəticəsində ruslar hava hücumundan müdafiə sistemlərinin o qədər də yaxşı olmadığını anlayıb.

Kirill Budanovun bəyan edib ki, Ukrayna üstünlüyü ələ keçirib və ruslar işğal etdikləri ərazilərdə qala bilməyəcəklərini anlayıblar.