“Rusiya ordusu nəzarəti əldən verdi”: Ruslar işğal fikrindən daşınıblar
“Mart ayından sonra Rusiya ordusu Ukraynada nəzarəti itirib”.
Demedia.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu məlumat yayıb. Məlumata görə, Rusiya ordusu müharibənin ilk günlərində olduğu kimi irəliləyə bilmir. Hazırda Rusiya ordusu irəliləməyi deyil, işğal etdiyi ərazilərdə möhkəmlənməyi düşünür. Müharibə Tədqiqatları İnstitutundan bildirilir ki, Rusiya işğal olunmuş ərazilərdə ciddi çətinliklərlə üzləşib. Ukrayna ordusunun mütəmadi hücumları rusları çətin vəziyyətə salıb. Ruslar üçün Xerson və Zaporojyada vəziyyət daha çətindir. Ukrayna rusların hərbi obyektlərinə tez-tez zərbələr endirir.