Ərdoğan: "Terrorla mübarizəmiz davam edəcək"
"Cənub sərhədlərimizin 30 kilometr dərinliyində təhlükəsiz dəhlizi təmin edənə qədər terrorla mübarizəmiz davam edəcək".
Demedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malazgirt zəfərinin 951-ci il zəfəri münasibətilə çıxışında deyib.
"Ölkəmizin təhlükəsizliyinə, öz planlarımıza görə bu əməliyyatları davam etdirəcəyik. Bizim kimsənin torpağında gözümüz yoxdur. Biz sadəcə öz təhlükəsizliyimiz üçün çalışırıq. Kimsənin Türkiyənin bu ədalətli mübarizəsini tənqid etməyə haqqı yoxdur", - o əlavə edib.