“Referendum”a hazırlaşan rusların qərargahı partladıldı


Ukraynalı partizanlar Zaporojye vilayətinin Melitopol şəhərində “referendum”a hazırlaşan rus işğalçılarının qərargahını partladıblar.
Demedia.az xəbər verir ki, bunu Melitopol meri İvan Fyodorov deyib.
Onun sözlərinə görə, Priazovskoe qəsəbəsində yerləşən qərargahda “referendum” hazırlıqları aparılır və insanlara Rusiya pasportları paylanılırdı.