Zelenski Baydenə dəstəyə görə təşəkkür etdi
Ukrayna Prezidenti Vladimir Zelenski və amerikalı həmkarı Co Bayden telefon danışığı aparıb.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisinin rəhbəri Andrey Yermak Teleqram kanalında yazıb.
Söhbət zamanı Zelenski ABŞ-ın sarsılmaz təhlükəsizlik təminatına və maliyyə dəstəyinə görə Baydenə təşəkkür edib.
Dövlət başçıları Ukraynanın Rusiyanı məğlub etmək istiqamətində növbəti addımlarını və Rusiyanın hərbi cinayətlərə görə məsuliyyət daşımasının vacibliyini müzakirə ediblər.