İranda 43 ildən sonra ilk dəfə qadınlara bu icazə verildi



 19:43 26.08.2022     482

İranlı qadınlar 43 ildən sonra ilk dəfə ölkə futbol çempionatının oyununa qatılıblar. 

Demedia.az  İSNA agentliyinə istinadən xəbər verir ki, "Azadi Stadium" arenasında Tehranın "Esteghlal" və Kirmanın "Mesa" komandaları arasında keçirilən oyuna 500-ə yaxın qadın gəlib. Onlar könüllü qadınların əhatə etdiyi ayrıca sektorda məskunlaşıblar. 

Məlumata görə, İranda qadınların idman tədbirlərinə qatılmasına rəsmi qadağa yoxdur, lakin kişilər oynayan zaman onları adətən stadiona buraxmırlar.

İslam təbliğçiləri idman tədbirlərinə qatılmağın "aqressiv kişi atmosferi" səbəbindən qadınlar üçün zərərli olduğuna inanırlar.