Rusiya qırıcılarını Krımdan çıxarır



 18:02 26.08.2022     493

Krımdakı hərbi obyektlərdə partlayışların baş verməsilə əlaqədar Rusiya yarımadadan 10 qırıcısını çıxarmaq qərarına gəlib.

Demedia.az xəbər verir ki, bu barədə NATO-nun hesabatında qeyd olunub.

“Rusiya Ukraynadan gələcək hücumların qarşısını almaq üçün Krımdakı hava qüvvələrini geri çəkməyə başlayıb. Təyyarə itkilərinin qarşısını almaq üçün indiyədək 6 ədəd Su-35S və 4 ədəd MiQ-31BM yarımadadan çıxarılıb”, - məlumatda qeyd olunub.

Hesabatda bildirilib ki, hazırda Belbekdəki aerodromda Rusiyanın 32 qırıcısı yerləşir. Onların əksəriyyəti sovet istehsalı olan Su-27-lərdir. Yalnız məhdud sayda müasir Su-35S və MiQ-31BM-lər var.