Ruslar düzəldir, Ukrayna ordusu vurur: Strateji körpü yenidən bombalandı - VİDEO
Ukrayna ordusu Xerson vilayətində Antonovski körpüsünə növbəti dəfə zərbələr endirib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb. Bildirilir ki, körpü rusların nəzarətinə keçəndən sonra 3 dəfə bombanıb.
Qeyd edək ki, aramsız hücumlardan sonra ruslar çayı keçmək üçün üzən körpü hazırlamışdı. Lakin həmin körpü hərbi texnikaları daşımaq üçün uyğun deyil.