Akar Rusiyaya ultimatum verdi - Öhdəlikləri yerinə yetir



 14:26 27.08.2022     430

"ABŞ və Rusiya Suriyada üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir".

Demedia.az xəbər verir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akar belə açıqlama verib. O bildirib ki, Suriaynın şimalı ilə bağlı hansı addımların atılacağına dair Rusiya və ABŞ-la razılaşma əldə edilib. Akarın sözlərinə görə, hər iki ölkə bununla bağlı sənədə imza atıb.

“Sənədə əsasən ərazi terrorçulardan təmizlənməlidir” deyən Akar, tərəfləri öhədlikləri əməl etməyə çağırıb. Akar bəyan edib ki, Türkiyə regionu terrorçulardan təmizləmək üçün lazımi həmlələri edəcək.