Kosova və Serbiya razılığa gəldi - Borrell



 09:15 28.08.2022     325

Kosova serbləri və bütün digər vətəndaşlar şəxsiyyət vəsiqələrindən istifadə etməklə Kosova və Serbiya arasında sərbəst səyahət edə biləcəklər.

Demedia.az xəbər verir ki, bu barədə Avropa Birliyinin baş diplomatı Jozep Borrell deyib.

O, iki ölkənin AB-nin köməkliyi ilə Belqrad-Priştina Dialoqu çərçivəsində razılaşdığını açıqlayıb.