Polşa və Çexiya Slovakiyanın hava məkanına nəzarət edəcək
Polşa və Çexiya Slovakiyanın hava məkanına nəzarət edəcək.
Demedia.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
İki dövlətin Slovakiya ilə imzaladığı müqaviləyə əsasən, Slovakiyanın hava məkanı "MiQ-29" qırıcılarının istismardan çıxarılmasından sonra bağlanacaq.
Bratislava sovet istehsalı olan "MiQ-29"larını istismardan çıxararaq həmin təyyarələri Ukraynaya təhvil verəcək.
Müqavilə sentyabrdan qüvvədədir.
"MiQ-29"ların əvəzinə Slovakiyaya 14 yeni Amerika istehsalı olan "F-16" qırıcıları çatdırılacaq. "F-16"ların tədarükü ilə bağlı müqavilə 2018-ci ildə imzalanıb.
Bundan əvvəl Slovakiya Ukraynaya 11 "MiQ-29" qırıcısı göndərməyə hazır olduğunu bəyan edib.