Şoyqu Putinin gözündən düşüb - Kəşfiyyat

 15:19 29.08.2022     150

Rusiya müdafiə naziri Sergey Şoyqu döyüş meydanında uğur qazana bilmədiyi üçün Prezident Vladimir Putinin gözündən düşüb.

Demedia.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.

“Rusiyanın Ukraynaya qarşı müharibədə üzləşdiyi problemlərə görə Şoyqu rəhbərlikdən uzaqlaşdırılıb. Müharibənin gedişi barədə isə Putinə birbaşa əməliyyat komandirləri məlumat verir. Rus zabitləri və əsgərləri Şoyqunu səmərəsiz və qeyri-müəyyən rəhbərliyinə görə müntəzəm olaraq ələ salırlar”, - məlumatda deyilib.