İranda daha 61 nəfər koronavirusdan öldü



 15:05 10.02.2021     180

İranda ötən sutka ərzində 61 nəfər koronavirusdan (COVID-19) ölüb.

Nexeber.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da ölkədə bu virusdan ölənlərin sayı 58 686 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 75 885 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə bu virusa yoluxanların sayı 1 488 981 nəfərə çatıb. Virus daşıyıcılarından 3 763 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 272 287 nəfər koronavirusdan sağalıb.