İlon Maskdan neftlə bağlı açıqlama



 20:11 29.08.2022     1056

“Dünyanın hələ də neft və təbii qaza ehtiyacı var”.

Demedia.az xəbər verir ki, amerikalı iş adamı İlon Mask belə açıqlama verib. O, Norveçdəki konfransda bildirib ki, dünya ölkələri neft və təbii qaz istehsalını davam etdirməlidir. Maskın sözlərinə görə, dünyanın ən böyük çətinliklərindən biri davamlı enerji və iqtisadiyyata keçiddir. Mask hesab edir ki, dünya neft və təbii qazdan istifadədən imtina edərsə, mədəniyyət zərbə alacaq.