Zelenski BAYKAR-ın baş direktoru Haluk Bayraktarı təltif etdi

 21:52 29.08.2022     314

Ukrayna Prezidenti Vladimir Zelenski Türkiyənin "BAYKAR" şirkətinin baş direktoru Haluk Bayraktarı mükafatlandırıb.

Demedia.az xəbər verir ki, bu barədə şirkətin ictimaiyyətlə əlaqələr departamentindən məlumat verilib.

Qeyd edilib ki, "BAYKAR"-ın baş direktoru Haluk Bayraktar Ukrayna Prezidenti Vladimir Zelenskinin qərarı ilə 1-ci dərəcəli Dövlət Xidmət Ordeni ilə təltif edilib.