Rusların vurduqları raket sistemləri taxta maketlər imiş: Ukrayna ordusu rusları belə aldadıb



 21:42 30.08.2022     597

Rusiya ordusu Ukraynada maket HİMARS-ları vurmaq üçün azı 10 kalibr raketindən istifadə edib.

Demedia.az xəbər verir ki, bu barədə “Washington Post” ABŞ hökumətindəki mənbəyə istinadən məlumat yayıb. Bildirilir ki, Ukrayna ordusu rusları aldatmaq üçün bəzi ərazilərə HİMARS raketlərinin maketlərini yerləşdirib. Bildirilir ki, ruslar da buna aldanıb. Nəticədə onlar maket HİMARS-ları vurmaq üçün azı 10 raketdən istifadə edib. Bildirilir ki, maket HİMARS-lar taxtadan olub. Rus PUA-ları onların maket olduğunu müəyyən edə bilməyib.

Qeyd edək ki, Rusiyanın Müdafiə Nazirliyi Ukraynada çox sayda HİMARS raketlərini vurduqlarını açıqlamışdı.