Türkiyə Yunanıstanın təxribatına cavab verəcək: Ankara hərəkətə keçdi



 17:15 31.08.2022     432

Yunanıstanın Türkiyənin F-16-larına qarşı təxribat törətməsina dair məlumatlar NATO-ya göndəriləcək.

Deemdia.az xəbər verir ki, bu barədə Türkiyə mənbələri məlumat yayıb. Bildirilir ki, Yunanıstanın təxribatı zamanı türk qırıcıları NATO missiyasi çərçivəsində tapşırıq yerinə yetirirmiş. Məlumata görə, Türkiyə tərəfi təxribata dair məlumatları NATO-nun bütün müdafiə nazirlərinə də göndərəcək. Qeyd edək ki, Yunanıstan S-300 müdafiə sistemləri vasitəsilə Egey dənizində F-16-ların radarına müdaxilə etmişdi. Bu hərb sahəsində hücumdan sonra ən böyük müdaxilə kimi dəyərləndirilir.