Bağdadda toqquşmalar səngidi: Etirazçılar geri çəkildi



 18:25 31.08.2022     1046

Bağdadda tanınmış dini və siyasi lider Müqtəda əs-Sədrin tərəfdarlarına çağırışlarından sonra gərginlik səngiyib.

Demedia.az xəbər verir ki, onun tərəfdarları küçələrdən çəkilib. Bağdadda toqquşmalar başa çatıb. Toqquşmalar nəticəsində 30 nəfər ölüb.

Qeyd edək ki, Müqtəda əs-Sədrin siyasətdən çəkilməsi ilə bağlı açıqlamasından sonra onun tərəfdarları Prezident sarayına hücum etmişdi. Ardınca polis güc tətbiq edərək, onları saraydan uzaqlaşdırıb. Saraydan çıxan etirazçılar binanın ətrafında mövqe tutaraq, polislə toqquşub. Müqtəda əs-Sədr siyasətdən tamamilə çəkildiyini açıqlayıb. Onun nəzarəti altında bir sıra siyasi və silahlı qüvvələri olan qurumlar var idi. Müqtəda əs-Sədr həmin qurumların fəaliyyətini dayandırdığını açıqlayıb. Bir müddət əvvəl onun tərəfdarları parlament binasına hücum etmişdi.