Paşinyan görüşə böyük "ordu" ilə gedib: Sui-qəsddən qorxur - Erməni KİV



 15:19 01.09.2022     289

Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə təşkil olunan Azərbaycan və Ermənistan liderlərinin görüşünə Baş nazir Nikol Paşinyan güclü qoruma xidməti ilə gəlib.

Demedia.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, əvvəlki görüşlərdə Paşinyanın ətrafında 3-4 təhlükəsizlik işçisi olurdusa, bu dəfə rəqəmlər xeyli artıb.

Nəşr yazır ki, Paşinyan xaricdə ona qarşı təşkil edilən sui-qəsdlərdən qorxur. Digər bir ehtimal budur ki, Nikol erməni icmasının ona qarşı təşkil edilən etiraz aksiyalardan qorunmaq üçün belə bir addım atıb.