Makron: “Fransa ordusunu Avropada birinci edəcəyik”

 18:40 01.09.2022     154

“Fransa ordusunu təchizat üzrə Avropada birinci edəcəyik”.

Demedia.az TASS-a istinadən xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

Qeyd edək ki, bu ilin iyul ayında Emmanuel Makron 2019-2025-ci illər üzrə hərbi sahədə planlaşdırma qanununa silahlanmanı artırmaq məqsədi ilə yenidən baxmaq niyyətində olduğunu bildirmişdi.

O, bu ilin iyununda sənaye müəssisələrinə ölkəsinin maraqları üçün silah istehsalında fəallaşmanın vacibliyini vurğulamışdı.