Rusiyada böyük hərəkətlilik: Azərbaycan əsgərlərinin də olduğu 50 min hərbçi... - VİDEO
Rusiyada “Vostok-2022” hərbi təlimləri başlayıb.
Demedia.az xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi açıqlama yayıb. Bildirilir ki, təlimlərə aralarında Çin, Hindistan və Azərbaycanın da olduğu 14 ölkənin hərbçiləri və hərbi müşahidəçiləri yer alıb. Azərbaycan hərbçiləri təlimlərdə müşahidəçi kimi iştirak edirlər. Təlimlər Şərq Hərbi Dairəsinin yeddi poliqonunda keçirilir. Məşqlərə 50 mindən çox hərbçi, 140 təyyarə, 60 döyüş gəmisi, qayıq və yardımçı gəmilər cəlb edilib.
Təlimlərə silahlı qüvvələrdən Şərq Hərbi Dairəsinin hərbi komandanlığı, idarəetmə orqanları və qoşunları, habelə Hava-Dəniz Qüvvələrinin qüvvələrinin bir hissəsi, uzaq mənzilli və hərbi nəqliyyat aviasiyasına cəlb olunacaq. Bundan əlavə, manevrlərdə KTMT, ŞƏT və digər tərəfdaş dövlətlərin operativ komanda-nəzarət qrupları, hərbi kontingentləri və müşahidəçiləri iştirak edirlər. Bunlar Azərbaycan, Əlcəzair, Ermənistan, Belarus, Hindistan, Qazaxıstan, Qırğızıstan, Çin, Laos, Monqolustan, Nikaraqua, Suriya və Tacikistandır.