Tayvan ordusu Çin dronunu vuraraq məhv etdi: Adada gərginlik
Tayvan ordusu Kimnen adası yaxınlığında Çinə məxsus dronu vuraraq zərərsizləşdirib.
Demedia.az xəbər verir ki, bu barədə Tayvanın rəsmi mediası məlumat yayıb. Bildirilir ki, drona xəbərdarlıq edilsə də, uzaqlaşmayıb. Nəticədə dron hədəfə alınaraq məhv edilib. Dronun növü barədə açıqlama verilməyib.
Qeyd edək ki, ötən gün Tayvan sahillərində oxşar hadisə baş verib. Tayvan ordusunun xəbərdarlığından sonra dronlar geri çəkilmişdi.