Rusiyanın hərbi kolonu Manquşa istiqamətləndi

 09:15 02.09.2022     224

Mariupolda Rusiya hərbi texnikasının Manquş və Berdyansk istiqamətində hərəkəti qeydə alınıb.

Demedia.az xəbər verir ki, bu barədə Ukraynanın Mariupol şəhər merinin müşaviri Petr Andryuşşenko məlumat verib.

“Hərbi texnikanın hərəkətini izləyirik. Bu gün saat 8:30 radələrində Donetsk istiqamətindən "V" işarəsi olan yeddi yük maşını döyüş sursatı ilə birlikdə Mariupola daxil olub. Daha sonar “Metro” ticarət mərkəzinin arxasından Manquşa tərəf getdilər”, - müşavir bildirib.