Qadın hesabına baxanda şok oldu: Kasıb kimi yatıb, milyonçu kimi oyandı



 10:59 02.09.2022     636

Kriptovalyuta birjası “Crypto.com” səhvən Avstraliyadakı istifadəçisinin hesabına 112 dolar əvəzinə 12 milyon dollar göndərib.

Demedia.az xəbər verir ki, şirkət səhvini 7 aydan sonra üzə çıxarıb. Məsələ barədə araşdırma başlayıb. Məlum olub ki, pul qadın istifadəçinin hesabına köçürülüb. Şirkət pulu geri istəsə də, qadın rədd edib. Qadın həmin pulla ev alıb. Digər pulu isə o yaxınlarının hesabına köçürüb. Üstəlik o, evi başqasının adına rəsmiləşdirib. Məhkəmə pulun bir hissəsinin və evin şirkətin hesabına köçürülməsinə qərar verib. Araşdırma davam edir.