Şərqi Azərbaycanın iş adamları İrəvanda toplandı
Şərqi Azərbaycan əyalətindən olan iqtisadi-ticarət sahəsində fəaliyyət göstərən 22 sahibkarın iştirakı ilə İrəvanda İran və Ermənistan iş adamlarının toplantısı keçirilib.
Demedia.az xəbər verir ki, bu barədə “Azad İran” məlumat yayıb.
“Toplantıda İran və Ermənistan arasında idxal-ixrac potensialını nəzərə alaraq ikitərəfli ticarət mübadiləsinin həcmini ildə 1 milyard dollara çatdırmaq hədəf qoyulub. Son 6 ayın statistikasına görə, İran və Ermənistan arasında ticarət mübadiləsinin həcmi 307 milyon dollardan artıq olub ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 37% çoxdur”, - məlumatda bildirilir.