Rusiya Azərbaycandakı qüvvələrini gətirə bilər - Skibitski

 19:25 02.09.2022     304

Rusiya Ukraynadakı döyüş əməliyyatlarına daha 350 min hərbçi cəlb edə bilər.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna MN-in Baş Kəşfiyyat İdarəsinin nümayəndəsi Vadim Skibitski deyib.

“Rusiya ordusunda bir çox bölmələr həm Rusiyanın ərazisində, həm də xaricdə yalnız obyektlərin mühafizəsi və müdafiəsini həyata keçirir. Rusiyanın Suriyada güclü kontingenti var. Rusiyanın keçmiş Sovet İttifaqı ərazisində geniş hərbi bazalar şəbəkəsi də mövcuddur. Bu, Ermənistan, Tacikistan, Qazaxıstan və Azərbaycan (Xankəndiyə müvəqqəti yerləşdirilmiş sülhməramlılar – red.) kontingentidir. Hamısını birləşdirsəniz, Rusiyanın Ukraynaya qarşı müharibədə istifadə edə biləcəyi 300-350 min hərbçi olacaq”, - o bildirib.

Skibitski qeyd edib ki, Rusiya döyüşdə yalnız ölkənin silahlı qüvvələri ilə müvafiq müqavilələr bağlamış hərbi qulluqçulardan istifadə edir:

“İşğalçılar arasında ölən və yaralanan hərbçilərin sayı əhəmiyyətli dərəcədə artdıqca Rusiyada hərbi xidmət müqaviləsi bağlamaq istəyənlərin sayı azalır”.