Zelenski MAQATE missiyasını tənqid etdi
Ukrayna və dünya MAQATE missiyasından Rusiyaya əsas çağırışı - Zaporojye atom elektrik stansiyasının demilitarizasiya etmə tələbini hələ eşitməyib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Təəssüf ki, stansiyanın silahsızlaşdırılması ilə bağlı MAQATE-dən Rusiyaya hələ də çağırış eşitməmişik. Ümid edirəm ki, missiya tərəflərin razılaşdığı və bütün beynəlxalq ictimaiyyətin maraqlarına cavab verən məqamlara əməl edəcəkdir. Ukrayna özünü Rusiya radiasiya şantajının episentrində tapıb. Çünki Rusiya ordusu mart ayında Zaporojye AES-i ələ keçirib və hələ də onu saxlayır. Ruslar AES-i dəfələrlə tanklardan atəşə tutublar. Atom elektrik stansiyasının pərdəsi altında Rusiya ordusu qonşu şəhər və rayonları da atəşə tutur. İşğalçılar təxribatlar törədirlər, stansiyanın özünü atəşə tuturlar ki, Ukraynaya və Avropadakı hamıya, bütün dünyaya təzyiq etsinlər, tərəfdaşlar təslim olsunlar və Ukraynanı dəstəkləməsinlər. Rusiya bu radiasiya şantajını məhz buna görə edir”, - Zelenski bildirib.