Ukrayna rusların logistikasını məhv etdi
Rusiya hərbi bölmələri artıq işğalda olan Xersona ehtiyat qüvvələr gətirə bilmir. Ukrayna ordusu onların logistikasını məhv edib.
Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin nümayəndəsi Natalya Qumenyuk deyib.
O bildirib ki, regionda bir neçə nəqliyyat-kommunikasiya yolları qalsa da, onlar Ukrayna ordusu tərəfindən müntəzəm olaraq atəş altında saxlanılır.