TƏCİLİ! Rusiyadan QORXUNC XƏBƏRDARLIQ: Nüvə dövləti ilə “ölümcül şahmat oyunu”...
Dünyanın gözü aylardır Ukraynadan gələn xəbərlərdədir... Xerson ətrafında şiddətli döyüşlərin getdiyi bir vaxtda Dmitri Medvedyev hədə-qorxu ilə dolu bəyanatlar verib, Rusiyanın planını açıqlayıb…
Müharibənin şiddətləndiyi, Qərbin, xüsusən də ABŞ-ın Ukraynaya silah verməyə davam etdiyi bir vaxtda Rusiyadan ciddi xəbərdarlıq gəlib.
Musavat.com xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev Qərbi Rusiyanı parçalamağa çalışmaqda ittiham edib.
Medvedyev nüvə dövlətini sıradan çıxarmaq cəhdinin “ölümcül şahmat oyunu” olduğunu deyib və bunun bəşəriyyət üçün qiyamət günü kimi olacağını vurğulayıb.
“Bunlar dövlətimizin parçalanacağına dair xəyallar quran, bizi necə parçalayacağını düşünən anqlosaksonların çirkin arzularıdır” - Rusiya Təhlükəsizlik Şurasının sədr müavini bildirib.
Bir müddət əvvəl İsveç və Finlandiyanın NATO-ya üzv olacağı təqdirdə Moskvanın bu təhdidlərə qarşı tədbir görməli olacağını bildirən Medvedyev Rusiyanın bölgəyə İsgəndər raketləri, hipersəs silahları və nüvə bombaları ilə yüklənmiş gəmilər göndərə biləcəyinə işarə edib:
“İsveç və Finlandiyanın NATO üzvü olduğu halda Baltikyanı regionun nüvəsiz statusundan danışmaq mümkün deyil”.
Medvedyev, həmçinin xəbərdarlıq edib ki, Ukrayna Rusiyaya hücum etmək üçün ABŞ-ın verdiyi raketlərdən istifadə edərsə, Moskva qərbdəki şəhərləri bombardman edəcək və hərtərəfli hücuma keçəcək.
Qeyd edək ki, ABŞ Ukraynaya silah yardımı çərçivəsində qabaqcıl raket sistemləri göndərəcəyini açıqlayıb.
Ukraynaya göndəriləcək silahlar arasında 4 ədəd M142 Yüksək Mobil Artilleriya Raket Sistemləri (HIMARS) var. Bu raket sisteminin təqribən 70 kilometr mənzilə və Rusiya hədəflərini vurmaq qabiliyyətinə malik olduğu bildirilir.//Musavat.com