Türkiyə və ABŞ donanmaları Qara dənizdə birgə təlimlər keçirir
Türkiyə və ABŞ dəniz qüvvələri Qara dənizdə birgə təlimlər keçiriblər.
Nexeber.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.
Təlimlərdə Türkiyə donanmasına məxsus "Turgutreis" və "Oruçreis" freqatları, ABŞ-ın "Porter" və "Donald Cook" döyüş gəmiləri, həmçinin Türk Hava Qüvvələrinin "F-16" təyyarələri və ABŞ-ın dəniz patrul təyyarələri iştirak edib.
Təlimin məqsədi iki ölkənin hərbi dəniz qüvvələrinin qarşılıqlı fəaliyyətini gücləndirmək, habelə birgə əks-həmlə bacarıqlarını inkişaf etdirməkdir.
Qeyd edək ki, Türkiyə bölgədə sülh və təhlükəsizliyə töhfə vermək məqsədilə 1 mart 2004-cü ildən bu günə qədər "Qara dəniz harmoniyası" əməliyyatlarını davam etdirir.