Paşinyan sülh sazişi ilə bağlı tapşırıq verdi - Erməni mətbuatı
Brüsseldə keçirilən üçtərəfli görüşdən sonra Nikol Paşinyan İrəvanda dar çərçivədə görüş keçirib, əldə olunan razılaşmaları və müzakirə olunan məsələləri ətraflı təqdim edib.
Demedia.az xəbər verir ki, bu haqda Ermənistanda nəşr olunan “Past” qəzeti mənbələrinə istinadən bildirib.
“Xüsusən də qəzetin mənbəsinin verdiyi məlumata görə, Paşinyan sülh sazişinin mətn hissəsi üzərində işi sürətləndirməyi tapşırıb. Bu sazişin ilkin variantı noyabrın ortalarına qədər hazır olmalıdır”,- nəşr yazır.
Xarici İşlər Nazirliyindəki mənbə onu da bildirib ki, bir aydan artıqdır ki, xarici siyasət idarəsində xüsusi qrup işləyir və bu, bütün diqqəti bu sənədə yönəldib”.//Teleqraf.com