ABŞ buna görə Azərbaycanı ALQIŞLADI

 11:45 09.09.2022     256

ABŞ Azərbaycanın erməni hərbçiləri qarşı tərəfə təhvil verməsini alqışlayıb.

Demedia.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbəri Ned Prays bildirib.

O, qeyd edib ki, bu Ermənistan və Azərbaycan sülh prosesi üçün müsbət haldır. O, Azərbaycan və Ermənistan etimad yaratmaq və mövcud fikir ayrılıqlarını həll etmək üçün addımların atılmasına davam ediləcəyinə ümid etdiyini vurğulayıb.

Xatırladaq ki, Azərbaycan humanizm prinsiplərini rəhbər tutaraq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə 31 avqust 2022-ci il tarixdə Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə aparılmış müzakirələrin nəticəsində əldə edilmiş ikitərəfli razılaşmaya əsasən, sentyabrın 8-də 5 nəfər Ermənistan hərbçisini azad edib və Azərbaycan-Ermənistan dövlət sərhədində qarşı tərəfə təhvil verib.