III Çarlz sabah kral elan ediləcək
III Çarlz bu gün rəsmi olaraq Böyük Britaniyanın yeni kralı elan ediləcək.
Demedia.az “The Times”a istinadən xəbər verir ki, onun həmin gün xalqa müraciət edəcəyi gözlənilir.
Qəzetin yazdığına görə, Çarlz “Britaniya tarixində bütün varislərdən daha çox tac gözləyən” şahzadədir. Onun çıxışı ənənəvi olaraq sələfinin ölümü ilə bağlı şəxsi bəyanatla başlayacaq, yalnız bundan sonra o, monarxiyanın başçısı kimi and içə biləcək.
Qeyd edək ki, Şahzadə Uilyam və Keyt Midlton yeni Kornuoll hersoqu və hersoginyası titulunu alıblar. Şahzadə Çarlz və Kamilla əvvəllər bu titulların sahibi olublar.