Rusiyalı oliqarx Putinə xəyanət etdi - "Sərvətimi Ukraynaya verməyə hazıram"
Böyük Britaniya və Avropa İttifaqının sanksiya siyahısına daxil edilən rusiyalı oliqarx Mixail Fridmanla bağlı diqqətçəkən iddia irəli sürülüb.
Demedia.az “Financial Times” qəzetinə istinadən xəbər verir ki, Fridman ABŞ-ın müvəqqəti işlər vəkili Kristina Kvienə zəng edərək, sanksiyaların ləğvi müqabilində Ukraynanın yenidən qurulması üçün sərvətinin bir hissəsini verməyi təklif edib.
“Financial Times” qəzeti məlumatı etibarlı mənbələrdən aldığını qeyd edib. Amerikalı rəsminin iş adamına necə cavab verdiyi məlum deyil.