Rusiyanın Ukraynadakı itkilərinin sayı AÇIQLANDI

 14:05 10.09.2022     450

“Son sutkada Ukraynada Rusiya ordusunun 350 hərbçisi məhv edilib”.

Demedia.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da müharibə başlayandan bəri Rusiyanın canlı qüvvə itkilərinin sayı 52 250-yə çatıb.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 2 136 tank, 4 584 zirehli döyüş maşını, 1 259 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 239 təyyarə, 212 helikopter, 898 PUA, 215 qanadlı raket, 15 gəmi, 3 426 avtomobil texnikası və avtosistern, 116 xüsusi texnikadan ibarətdir.