Ermənistanda əhalinin sayı azalır
Bu ilin əvvəlində Ermənistan əhalisinin sayı 2 milyon 964 min 600 nəfər olub.
Demedia.az xəbər verir ki, bu barədə “Sputnik Armeniya”nın yaydığı məqalədə bildirilib.
“2011-ci ilin əhalinin siyahıyaalınmasına əsasən, Ermənistanda əhalinin sayı 3 milyon 18 min 900 nəfər, 2022-ci ilin əvvəlində isə 2 miyon 964 min 600 nəfər olub. 2021-ci ildə 2 440 cütlük boşanıb, 2022-ci ildə isə ayrılan ailələrin sayı 137 nəfər çoxlaraq 2 577 nəfər təşkil edib. Bu ilin ilk 7 ayı ərzində Ermənistanda 16 548 nəfər öülb”, - yazıda qeyd olunub.
Müəllif bildirib ki, Ermənistan hökuməti 44 günlük müharibədə 3 822, müxalifət isə 5 mindən çox hərbçinin öldüyünü vurğulayıb: “Boşananların başqası ilə evlənib yenidən ailə qurması mümkün olsa da, müharibədə ölənlərin yeri dolmayacaq. Bu soyun, nəslin davam etməməsi deməkdir. Çoxları heç ailə qurmamışdı”.
Yazıda Ermənistan əhalisinin sayının xaricdə gətirilən ermənilərin hesabına artırıldığına da eyham vurulub: “1948-ci ilədək Ermənistana xaricdən 100 mindən çox erməni köçürülüb. Bu proses sonradan dayandı. Bu istiqamətdə sakitlik yarandı. 70-ci illərdə də Suriya və Livandan köç edənlər oldu. Xaricdən gələn ermənilərin sayəsində ölkədə yeni səhifə açıldı. Yeni əlaqələr, yeni incəsənət, yeni ideyalar yarandı”.
Məqalədə 2100-cü ildə Ermənistan əhalisinin sayının 2 milyonadək azalacağı, 2050-ci ildə Azərbaycan və Türkiyə əhalisinin sayının artacağı da həyəcanla vurğulanıb.